Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya əhalisinin üçdə ikisi İnternetdən asılıdır
Rusiya əhalisinin əksəriyyəti dostları ilə İnternet vasitəsilə əlaqə saxlamağa üstünlük verir. “МАСМИ” tədqiqat mərkəzinin sorğularına görə, respondentlərin 73%-i hətta yaxınları və dostlarının əhatəsində olarkən şəbəkəyə daxil olurlar.
“ICTnews” elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, onların 43%-i daim onlayn rejimdə olurlar. Bu tendensiya 26 yaşdan 36-ya, eləcə də 36-dan 45 yaşa qədər olan auditoriyaya aiddir.
Tədqiqatın nəticələrinə görə, sorğuda iştirak edənlərin 53%-i İnternetdə nəzərdə tutduqlarından daha çox vaxt keçirirlər. Ən populyar əyləncə vasitələrinin ilk üçlüyünə isə mahnı yükləmək, film izləmək və messencer, yaxud sosial şəbəkələrdən istifadə daxildir.
Emil Hüseynov
29/10/13 Çap et