BTİ yeni vakansiya elan edir
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İKT-nin Tətbiqi və Kibertəhlükəsizlik bölməsinin rəhbəri postunun tutulması barədə vakansiya elan edir
Namizədlərə verilən tələblər:
Təhsil:
Telekommunikasiya, informatika, yaxud mühəndislik və s. uyğun texniki sahələr üzrə ali təhsil və yaxud qeyd olunan sahələrdən biri üzrə universitet dərəcəsinə bərabər tanınmış ali təhsil müəssisəsinin diplomu.
Təcrübə:
İKT sahəsi üzrə ən azından 10 il məsul işlərdə iş təcrübəsi, xüsusilə kibertəhlükəsizlik üzrə, İKT-nin tətbiqi və xidmətlər və o cümlədən ən azı 5 il beynəlxalq səviyyədə. Uyğun sahə üzrə Doktorluq dərəcəsi 3 illik iş təcrübəsi hesab oluna bilər.
Dil bilikləri:
Təşkilatın 6 rəsmi dilindən birini (ərəb, çin, ingilis, fransız, rus, ispan) yüksək səviyyədə, ikinci dilini isə orta səviyyədə bilməli, üçüncü dil biliyinə üstünlük verilir (Şuranın 626 nömrəli qətnaməsinin müddəalarına uyğun olaraq dil tələbləri yalnız inkişaf etmiş ölkələrdən olan namizədlər üçün yumşaldıla bilər, bu o halda mümkündür ki, həmin ölkələrdən olan namizədlər təşkilatın 1 dilini yüksək səviyyədə bilsin).
İllik maaş (vergi çıxılmaqla):
165,209.-USD - 200,501.-USD (öhdəsində olmadan)
177,835.-USD - 217,956.-USD (öhdəsində olmaqla)
Ərizələrin son qəbul günü: 3 Yanvar, 2014
*Yazılı test üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Hal-hazırda ərizə qəbuluna start verilib. Daha ətraflı
http://www.itu.int/en/careers/Pages/default.aspx linkindən məlumat əldə edə bilərsiniz