Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hökumət Ödəniş Portalına qoşulan təşkilatların sayı artıb
Azərbaycanın Hökumət Ödəniş Portalına (apus.az saytı) bir neçə yeni təşkilat qoşulub.
“Sinam” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bunlar Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyidir.
Artıq vətəndaşlar bu təşkilatlara aid olan ödənişləri sərbəst – plastik kart vasitəsilə və ya istənilən bank və poçt idarəsində nağd ödəyə bilərlər.
Hökumət Ödəniş Portalından “apus.az” saytında göstərildiyi kimi “Azəriqaz”, “Azərenerji”, “Azəristiliktəchizat”, “AzərSu”, “Bakıelektrikşəbəkə”, Baş Dövlət Yol Polisi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, “Sumqayıt RET MMC”, Vergilər Nazirliyinin ödənişlərini etmək mümkündür və bu siyahı getdikcə genişlənir.
Qeyd edək ki, müvafiq proqram təminatı hazırda “Sinam” şirkəti tərəfindən müşayiət olunur.
Aynur Vəliyeva
30/10/13 Çap et