Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə qlobal videooyun bazarının həcmi 18% artacaq
“Gartner” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə qlobal videooyun bazarının həcmi 17,7% artaraq 93,2 milyard dollar olacaq.
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, videooyun bazarı oyun konsolları və onlar üçün oyunları, kompüter, onlayn oyunları, həmçinin mobil qurğular üçün oyun tətbiqlərini əhatə edir.
Şirkətin analitiklərinin proqnozlarına görə, 2015-ci ilədək qlobal videooyun bazarının həcmi 111 milyard dollar təşkil edəcək. Onların fikrincə, ən sürətli inkişaf edən seqment mobil oyun sahəsi olacaq.
Sözügedən seqmentin həcmi 2013-dən 2015-ci ilədək iki dəfə artaraq 21,6 milyard dollar təşkil edəcək.
Analitiklər inkişaf etməkdə olan bazarlarda smartfon və planşet satışlarının həcminin artmasını buna səbəb göstərirlər.
2013-cü ildə oyun konsolu və onlar üçün oyun bazarının həcmi 44,2 milyard dollar təşkil edəcək və analitiklərin fikrincə, 2015-ci ilədək 55 milyard dollaradək artacaq.
Emil Hüseynov
30/10/13 Çap et