Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın onlayn ödəmə portalının istifadəçilərinin sayı artıb


“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı sürətlə artmaqda davam edir. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 80 700 nəfərə çatıb.

 “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.

Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ödəniş tarixçələrini apara və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.

 Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə  “m.hesab.az” mobil resursdan da ödəmək olar.

CAHANGİR




30/10/13    Çap et