Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı haker ABŞ ordusu və “NASA”-nın məlumatlarını ələ keçirib


ABŞ hakimiyyəti britaniyalı hakeri minlərlə kompüter sisteminə müdaxilədə və xeyli sayda məxfi məlumatları ələ keçirməkdə ittiham edib. Prokuror Pol Fişman deyib ki, 28 yaşlı britaniyalı Lori Lava qarşı Amerika dövlət qurumlarının kompüterlərinə icazəsiz giriş və bu məqsədə nail olmaq üçün əlbirliklə bağlı ittihamlar irəli sürülüb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Fişman deyib ki, Stadişell şəhərciyində yaşayan Lav cümə günü onun barəsində başqa araşdırma aparan Britaniya Milli Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Prokurorluqdan deyilib ki,  2012-2013-cü illərin oktyabrında Lav və onun cinayət yoldaşları ABŞ Dövlət Qurumlarının sistemlərində xüsusi boşluqlar yaradıblar ki, bu da yenidən sistemə daxil olmaq və məxfi məlumatları ələ keçirməyə icazə verib.

Ələ keçirilmiş informasiyaya büdcə, hərbi obyektlərin və minlərlə insanın, həmçinin hərbi qulluqçuların şəxsi xarakterli məlumatları daxildir.

Emil Hüseynov
 




30/10/13    Çap et