Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarında rekord qeydə alınıb
“IDC” analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin yekununa görə, smartfonların istehsal həcmi 258,4 milyon olub ki, bu da ötən illə müqayisədə 38,8% artım deməkdir.
Analitiklərin qiymətləndirməsinə görə, iyul-sentyabr aylarında istehsalçılar ümumilikdə 467,9 milyon mobil telefon tədarük ediblər ki, bu da ötən illə müqayisədə 5,7% çoxdur. Rüblük hesablama üzrə telefonların tədarük həcmi 7% artıb. Mütəxəssislərin proqnozuna əsasən, bu ilin yekununa görə, smartfonların tədarük həcmi 1 milyard təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər qlobal smartfon bazarında əsas tendensiya kimi Çinin rolunun artmasını göstəriblər, artıq qurğu tədarüklərinin 33%-dən çoxu onun payına düşür.
“Samsung Electronics” şirkəti smartfonların tədarük həcminə görə yeganə lider olaraq qalır. O, ən yaxın dörd izləyicisinin göstəricisindən daha yaxşı nəticə göstərib. Cənubi Koreya nəhəngi üçüncü rübdə 81,2 milyon smartfon tədarük edib ki, bu da sözügedən bazarın 31.4%-i deməkdir.
İkinci yerdə 13.1% göstərici ilə “Apple” şirkəti qərarlaşıb.
Ötən rübü 4,8%-lik göstərici ilə başa vurmuş Çinin “Huawei” şirkəti üçüncü olub.
Emil Hüseynov
30/10/13 Çap et