Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumu yaxşılaşdırılacaq
"DARPA (ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi)" beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumunu yaxşılaşdırmağa hazırlaşır. Qurum neyronların aktivliyini izləyən implant hazırlanması üzrə layihəyə 70 milyon dollar ayırıb.
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, statistikaya görə, hərbçilər adi insanlarla müqayisədə psixiki pozğunluqdan daha çox əziyyət çəkirlər. Amerika ordusundan hər doqquzuncu işdən kənarlaşdırma halı psixi sağlamlığın pozulması ilə bağlıdır. Bu başadüşüləndir, çünki hərbçilər dəhşətli hadisələrlə qarşılaşırlar və bu, onların psixikasına güclü təsir edir.
"DARPA" əsgər və müharibə veteranları üçün səmərəli müalicə təmin etmək üçün beynin iş prinsipini daha yaxşı anlamağa çalışır. Agentlik "Subnet" adlandırılan yeni layihəyə 70 milyon dollar ayırıb.
"Subnet" layihəsi "Deep Brain Stimulation" texnologiyasına əsaslanır: cərrahi müalicə zamanı xəstənin kəlləsinə quraşdırılmış xüsusi çip beynin aktivliyini izləyir. Bu, epilepsiya və parkinson xəstəliyini müalicə etməyə icazə verir. "DARPA"-nın qurğusu buna oxşar olacaq, lakin o, hərbçilərin məruz qaldığı simptomlara istiqamətlənəcək. Qurğu beynin aktivliyini izləyə və informasiyanı real vaxt rejimində təhlil edə biləcək.
Layihə beş il müddətində tamamlanmalıdır.
Emil Hüseynov
30/10/13 Çap et