Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un gəlirləri də, istifadaçiləri də artır


“Facebook” sosial şəbəkəsinin nümayəndələri deyib ki, resursun gənc auditoriyası ondan şirkətin görmək istədiyi kimi bir o qədər aktiv istifadə etmir, həmçinin istifadəçi postlarında reklam məhdudiyyəti üzrə plan haqqında məlumat verməyib. Şirkətin maliyyə direktoru Devid Ebersman deyib ki, “Facebook”-un reklam proqramları çox vaxt düzəliş tələb edir və şirkət onun iş fəaliyyətinə dəyişlik edir.

Bununla belə, şirkətin rüblük hesabatı analitiklərin proqnozlarından yuxarı olub ki, bu da səhmlərin 18% artmasına səbəb olub. Artım mobil reklam məhsullarının irəliləyişi və reklam gəlirinin artması fonunda mümkün olub. Ebersman deyir ki, mobil həllərin populyarlaşması ilə yanaşı ortastatistik istifadəçinin gündəlik “Facebook”-da keçirdiyi vaxtın miqdarı azalır. Bundan başqa, o ilk dəfə etiraf edib ki, heç də şirkətin bütün reklam proqramları uğurlu olmayıb və onlardan bəzilərinin tətbiqi istifadəçi aktivliyinin  azalması ilə nəticələnib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Facebook”un səhmlərinin qiyməti 49,01 dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 84% daha çoxdur.
“Facebook”un xalis mənfəəti 425 milyon dollar və ya 1 səhm üçün 17 sent təşkil edib.
Son məlumatlara əsasən, “Facebook”un auditoriyası hazırda 1,19 milyard insan təşkil edir. Mobil istifadəçilərin sayı 6,7% artaraq 874 milyon olub.

Emil Hüseynov
 
 




31/10/13    Çap et