2013-cü ilin üçüncü rübündə dünyada “Android” sistemli smartfonların payı 81 faizə çatıb
2013-cü ilin üçüncü rübündə dünyada “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların bazar payı 81 faizə çatıb. Bu barədə “ABI Research” analitik şirkətinin tədqiqatında deyilir.
Şirkətin məlumatına əsasən, 2013-cü ilin üçüncü rübündə dünyada 438 milyon mobil telefon və 244 milyon smartfon tədarük edilib.
Bundan başqa, dünyada “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 14 faiz, “BlackBerry” sistemli qurğuların isə 2 faiz təşkil edib.
“ABI Research” analitikləri qeyd edirlər ki, 2013-cü ilin üçüncü rübündə “Windows Phone” mobil əməliyyat sistemli qurğuların tədarük həcmində ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfəlik artım qeydə alınıb və hazırda bu əməliyyat sistemli aparatların bazar payı 4 faiz təşkil edir. Onu da qeyd etmək lazımdır ki, “Windows Phone”nun ümumi tədarük həcminin 95 faizini “Nokia” satışa çıxarıb, - “Digit
www.digit.ru” yazır.