Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPad Air” sələfindən iki dəfə daha məhsuldardır
Ötən həftə “Apple” şirkəti tərəfindən təqdim edilmiş “iPad Air” planşetinin məhsuldarlığına dair ilk sınaqların nəticələri dərc edilib. “Geekbench” bençmarkı ilə əldə edilmiş məlumatlara əsasən yeni “iPad” planşeti sələfindən (dördüncü nəsil “iPad” planşeti) təxminən iki dəfə daha məhsuldardır.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “iPad Air” planşeti 1.4 QHs takt tezlikli 64 bit “A7” prosessoru ilə təchiz edilib. “PhoneArena” yazır ki, “iPhone 5s” smartfonunda müvafiq çip quraşdırılıb, lakin onun takt tezliyi 100 MHs aşağıdır.
Emil Hüseynov
31/10/13 Çap et