Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Saytlarda ən populyar avtorizasiya üsulu məlum olub
“Gigya” şirkəti tərəfindən tərtib edilmiş hesabata əsasən, internet istifadəçiləri saytlarda qeydiyyat üçün əksər hallarda “Facebook”dakı hesab məlumatlarından istifadə edirlər.
Şirkətin ekspertləri tərəfindən toplanılmış informasiyaya əsasən, 2013-cü ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsinin hesab məlumatları bu və ya digər saytlara giriş üçün istifadəçilərin 51%-i tərəfindən istifadə olunub. “Google+” populyarlığa görə ikinci yerdə qərarlaşıb: onun hesablarının köməyi ilə saytlarda istifadəçilərin 26%-i qeydiyyatdan keçib. İstifadəçilərin 18%-i “Yahoo!” məlumatlarının köməyi ilə qeydiyyatdan keçib. Başqa saytlarda qeydiyyatdan keçmək üçün “Twitter”in hesab məlumatlarından istifadə edənlərin payı 4% təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil qurğu istifadəçiləri arasında “Facebook” loqini ilə başqa saytlara daxilolmaların payı daha çoxdur və 66% təşkil edir. Bu halda fərdi kompüter sahiblərindən fərqli olaraq, smartfon və planşet istifadəçilərinin xeyli hissəsi (9%) “Twitter” vasitəsilə qeydiyyatdan keçməyə üstünlük verir.
“Facebook”un hesab məlumatları Cənubi Amerika, Asiya və afrikalı istifadəçilər tərəfindən daha aktiv istifadə olunur. “Facebook” loqinindən başqa saytlarda istifadə üzrə ən aşağı göstərici ABŞ-da qeydə alınıb.
Emil Hüseynov
31/10/13 Çap et