Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” virus yayır



Azərbaycanda çox populyar olan və gənclərin tez-tez istifadə etdiyi “WhatsApp”dan saxta bildirişlər, zərərverici proqram təminatının yayıldığı ortaya çıxıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi informasiya yayıb.
 
Mərkəz bildirir ki, sözügedən virus hədsiz təhlükəli sayılmır. Səbəb isə onun antivirus proqramlar tərəfindən yüksəksəviyyəli aşkar olunmasıdır: “WhatsApp” ən məşhur məktublaşma tətbiqetməsidir. Bununla əlaqədar onun istifadəçi bazası 300 milyon insandan çoxdur. Bu isə öz növbəsində onun ən yaxşı spam yayma olduğunu bildirir. Misal olaraq antivirus şirkəti “Webroot”un bildirdiklərinə görə, hazırda zərərverici şirkət fəaliyyət göstərir ki, onların vasitəsilə istifadəçilər səsli poçta aid bildirişlər alırlar”.
 
İnformasiya təhlükəsizliyi mütəxəssisləri bildirirlər ki, saxta səsli məktubların tərkibində troyan var. O, açılan zaman isə “C&C” serverindən əlavə zərərverici proqramlar yüklənir.
 
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, mövcud təhlükə yüksəksəviyyəli deyil və böyük narahatçılığa ehtiyac yoxdur: “Webroot”un yoxlamasının 48 skaynerdən 31-i bu virusu troyan göstərir”.
 
SEYMUR
 
 




31/10/13    Çap et