Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “İSP” şirkətlərə təqdim edilən internet kanallarının tariflərinin endirilməsi gözlənilir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilib.
Dövlət rabitə operatorları “Aztelekom” və “Baktelekom” tərəfindən “İnternet Service Provayder (İSP)” şirkətlərinə ATS-lər tərəfindən təqdim edilən kanalların tarifləri azaldılması məsələsi müzakirə olunub.
Eyni zamanda, Azərbaycanın ilkin provayderi “Delta Telecom” şirkətinə internet provayderlərə təqdim edilən internet kanalları üzrə tariflərin endirilməsi təklifi edilib.
Sonda “Aztelekom” və “Baktelekom” tərəfindən “İSP” şirkətlərinə ATS-lər tərəfindən təqdim edilən kanalların tariflərinin azaldılması ilə bağlı ilkin razılaşma əldə edilib.
Qeyd edək ki, ötən il ərzində ölkədə məlumatların ötürülməsi keyfiyyətinin artırılması istiqamətində işlər aparılıb, və nəticədə 2,2 dəfə beynəlxalq kanalların tutumu artıb, qiymətlər isə 35% endirilib. Perspektivdə bu tendensiyanı davam etmək planlaşdırılır, bu da öz növbəsində internet istifadəçilərinin sayının artmasına və ümumilikdə sektorun inkişafına təsir etməlidir.
Aynur Vəliyeva
31/10/13 Çap et