Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2065-ci ilədək “Facebook”da dünyasını dəyişənlər üstünlük təşkil edəcək


Proqramçı və “NASA”-nın sabiq əməkdaşı Rendel Manro “Facebook”un istifadəçi bazasının təhlil nəticələrini dərc edib. Araşdırmaya əsasən, 2065-ci ildə sosial şəbəkənin populyarlığı azalacaq və dünyasını dəyişənlərin sayı üstünlük təşkil edəcək və bir müddətdən sonra sosial şəbəkə "qəbiristanlığa" çevriləcək.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Manronun hesablamalarına əsasən, “Facebook”un istifadəyə verilməsindən ötən müddət ərzində bu və ya başqa səbəblərə görə o biri dünyaya köçənlərin sayı 10-20 milyon təşkil edir. 2013-cü ildə sosial şəbəkənin təxminən 290 min amerikalı istifadəçisi dünyasını dəyişəcək.

Manro araşdırmasının sonunda oxucuları Hellouin bayramı münasibətilə təbrik edir.

Emil Hüseynov




31/10/13    Çap et