Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də “Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçiriləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçiriləcək.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-nin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, sözügedən tədbir “Uşaq hüquqları aylığı çərçivəsibndə ” noyabrın 14-də reallaşacaq: “Bu dəyirmi masa Ombudsmanın müraciəti əsasında keçiriləcək.
Məlum olduğu kimi , müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-nə kimi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir, müxtəlif tədbirlər təşkil olunur. Aylığın keçirilməsində məqsəd uşaqlara dfiqqətin ayrılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır”.
SEYMUR
31/10/13 Çap et