Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclərin əmək münasibətləri İKT vasitəsilə qorunacaq
“Gənclik Təşəbbüsləri” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əmək bazarında mövcud olan qanunazidd əmək münasibətləri haqqında gəncləri məlumatlandırmaq və onların əmək münasibətlərinin norma və qaydaları haqqında biliklərini artırmaq məqsədi ilə “Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində “Əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları”na həsr edilən təlim modulları hazırlanacaq. Bu modullara Əmək müqaviləsinin əsasları, “Məşğulluğun əsasları”, “Əməyin mühafizəsi normaları” daxildir.
Gənclərin “Əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları” ilə bağlı tövsiyələrdən ibarət cib kitabçası hazırlanacaq. Burada “Ən çox verilən suallar” (FAQ) formatından istifadə ediləcək. Eyni məlumatlar xüsusi hazırlanmış “Gencler.az” “veb-səhifə”sində yerləşdiriləcək. Carı problemlərin həlli ilə bağlı tövsiyələr onlayn müraciətlər əsasında e-mail vasitəsilə veriləcək. Seçilmiş cavablar “veb-səhifə”də yerləşdiriləcək.
Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.7 yarımbəndinin (Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrası məqsədilə həyata keçirilir.
SEYMUR
01/11/13 Çap et