Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" mövzusunda treninq keçirilib


Bakıda "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" mövzusunda treninq keçirilib.
 
Bakı Biznes Tədris Mərkəzinin (BBTM) və Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə Mərkəzin əməkdaşları üçün reallaşdırılan kursun məqsədi BBTM-in Bakı şəhərində və regionlarda keçirdiyi maarifləndirici tədbirlər üçün təlimçilərin hazırlanmasıdır.
Tədbirdə mövzuya dair təqdimat keçirilib, elektron idarəetmə sisteminin mahiyyəti və üstünlükləri, sistemdən istifadə qaydaları, həmçinin sistemin vaxt itkisinin qarşısının alınmasında, izafi xərclərin aradan qaldırılmasında, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsində əhəmiyyəti barədə ətraflı məlumat verilib.
 
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
SEYMUR
 
 




01/11/13    Çap et