Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycanda internet tam azaddır”



"Yüksək texnologiyalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilibdir. Birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır. Bu gün "Azərspace-1" Azərbaycan peyki dövlətimizə, xalqımıza xidmət edir. Bu gün internet texnologiyalarının inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu, böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir".
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üçüncü Beynəlxalq Humanitar Forumun açılış mərasimindəki nitqindən.
 




01/11/13    Çap et