Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU-da fənlər üzrə metodik vəsaitlərin elektron resurslarının hazırlanması müzakirə olunub



Azərbaycan Texniki Universitetinin  Elmi  Şurasının  iclası  keçirilib. Universitetdən verilən məlumata görə, tədbirdə  “Boloniya  prinsiplərinin  tələblərinə  uyğun  olaraq  tədris  edilən  fənlər  üzrə  metodik  vəsaitlərin  elektron  resurslarının  hazırlanması”  və   “AzTU-da  qış  mövsümünə  hazırlığın  vəziyyəti”  haqqında  məsələlər  müzakirə  edilib.

AzTU-nun  Təhsil  və  elm  komissiyasının  sədri  Vidadi  Musayev  çıxış  edərək  bildirib  ki, universitet  rəhbərliyi  kafedraların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  məqsədilə  son  illərdə  xeyli  vəsait  ayırıb,  avadanlıqların  gətirilməsi,  quraşdırılması,  tətbiqi  üçün  zəruri  işlər  görüb.   Müxtəlif  texniki  parametrli  müasir  kompüterlər  və  digər  texniki  vasitələr  tələbələrin  istifadəsinə  verilib.

AzTU-nun  rektoru,  professor  Havar  Məmmədov  Elmi  Şuranın iclasında  çıxış  edərək  müzakirə  edilən  məsələlərə  münasibətini  bildirmiş, Boloniya  prinsiplərinin  tələblərini  yerinə  yetirməklə  bağlı  kafedraların,  dekanlıqların  və  digər  qurumların  qarşısında  duran  vəzifələrdən  ətraflı  danışıb, konkret  tapşırıq  və  tövsiyələrini  verib.

CAHANGİR




01/11/13    Çap et