Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Poçt təhlükəsizliyində müasir texnologiyalar və beynəlxalq elektron ticarət ilə bağlı beynəlxalq seminar keçiriləcək
Dekabrın 3-4-də Kiyevdə (Ukrayna) Regional Rabitə Birliyinin rabitə administrasiyalarının mütəxəssisləri üçün nəzərdə tutulmuş “Gömrük əməliyyatlarında və poçt təhlükəsizliyində müasir texnologiyalar və beynəlxalq elektron kommersiyada vasitəçi qismində iştirak edən bütün tərəfdaşların rolu” mövzusunda beynəlxalq seminar keçiriləcək.
“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinin saytına istinadən verdiyi məlumata əsasən, Fransa Poçt Administrasiyası ilə birgə təşkil olunan seminarda, poçt təşkilatları, gömrük və aviaşirkətlər arasında poçt məlumatlarının mübadiləsi məsələləri müzakirə olunacaq.
Seminarda aviasiya və poçt təhlükəsizliyi sahəsində görülən tədbirlərlə, elektron ticarətin təhlükəsizliyi üçün İT proqramlar, gömrük və aviasiya müəssisələri ilə elektron məlumat mübadiləsi məsələləri müzakirə ediləcək.
Aynur Vəliyeva
01/11/13 Çap et