Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilədək maye-kristal televizorlar “LED” işıqlandırma sistemi ilə təchiz olunacaq



2013-cü ildə fon işıqlanması qismində diodlu işıqlandırmadan (LED) istifadə olunan maye-kristal televizorların (LCD) bazar payı 90 faizə çatacaq. Bu barədə “IHS” analitik-informasiya agentliyinin tərkibinə daxil olan “IMS Research” tədqiqat şirkətinin analitikləri proqnoz verib.

Analitiklərin qiymətləndirməsinə əsasən, cari ildə televizorlar üçün tədarük edilməsi gözlənilən 231 milyon maye-kristal panelin 207 milyonu işıq diodlu işıqlandırma ilə təchiz ediləcək. Qalan 24 milyon əvvəlki nəsil texnologiyaların tətbiqi ilə soyuq katodlu flüorasan lampalar (CCFL) əsasında yaradılacaq.  
Mütəxəssislər proqnozlaşdırır ki, 2016-cı ilədək bazara tədarük edilən maye-kristal televizorların 100 faizi işıq diodlu işıqlandırma ilə təchiz ediləcək.   


Hazırda Yaponiyanın “Sharp” şirkəti “CCFL” işıqlandırma ilə təchiz olunan “LCD” panellərin istehsalını tam dayandırıb. Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri də bunu etməyə hazırlaşır. Belə ki, onların istehsal etdikləri maye-kristal televizorların 95 faizində diodlu işıqlandırmadan istifadə edilir, ilin sonunadək isə nisbətin daha yüksək olacağı gözlənilir, - “DailyComm www.dailycomm.ru” yazır.  
 




02/11/13    Çap et