Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsi sadələşdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq, cari il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılmış, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məhz vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə nazirliyin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Həmin göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.
Dövlət başçısının bilavasitə diqqəti və qayğısı sayəsində şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi yönündə vətəndaşlara ən yüksək standartlar səviyyəsində xidmətin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzləri üçün yeni inzibati binalar tikilib və zəruri avadanlıqlarla, ən müasir texniki vasitələrlə təchiz olunub. Onu da qeyd etmək yerinə düşər ki, ötən iki ayda 44 minə yaxın ölkə vətəndaşı şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərlə təmin olunub.
Müvafiq xidmətin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.
CAHANGİR
02/11/13 Çap et