“Delta” şirkəti Sinqapurda “R&D” mərkəz istifadəyə verib
“Delta Electronics” enerji həlləri tədarükçüsü şirkəti Sinqapurda “R&D” mərkəzin (elmi tədqiqat və təcrübi konstruktor işləri (Research and Development, R&D) istifadəyə verilməsini elan edib. Yeni mərkəzin başlıca vəzifəsi enerji təchizatı, bioloji tibb, kommunikasiya şəbəkələri və quraşdırılmış internet həllərin (IOT) idarə olunması sahəsində ekoloji baxımdan dayanıqlı texnologiyaların hazırlanmasından ibarət olacaq.
Bildirilir ki, Sinqapurda fəaliyyətə başlayan “R&D” mərkəz “Delta” şirkətinin ən yeni tədqiqat bazasıdır. Sinqapurun elmi parkında (Science Park II) yerləşən mərkəzdə yüksəkixtisaslı proqram və aparat təminatı tərtibatçıları, bioloji tibb mütəxəssisləri və mühəndis-texnoloqlar çalışır və onların yarıdan çoxu magistr və doktor elmi dərəcəsinə malikdir.
Yeni mərkəzin şirkətin Sinqapurdakı fəaliyyətinə əhəmiyyətli kömək göstərəcəyi gözlənilir, - “CNews
www.cnews.ru” yazır.