Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Displey bazarının həcmi azalacaq



2014-cü ildə dünya displeylər bazarının həcminin azalmasının müşahidə olunacağı, həmçinin Çinin "BOE" və "CSOT" kimi istehsalçılarının panellərin buraxılış həcmini genişləndirməsini davam etdirməsi, ABŞ, Avropa və Çin bazarında alıcılar tərəfindən televizor alışına xərclərin azalması ilə əlaqədar məhsul bolluğunun olacağı gözlənilir.

"Televiziya qurğuları bazarının aparıcı oyunçularının böyük ümidlər bəslədiyi "OLED" və "UHD" modellərin kütləvi şəkildə yayılması üçün bir qədər vaxt lazımdır", - "The Korea Times" nəşrinə müsahibədə "Korea Display Industry Association" (KDIA) Assosiasiyasının əməkdaşı  qeyd edib ki, hazırda istehlakçıları daha çox smartfon və planşet kompüterlər maraqlandırır.

Televizorlar üçün iriformatlı maye-kristal panellərə tələbatın azalması dünyanın nəhəng istehsalçıları "LG Display" və "Samsung Display" şirkətlərini istehsal gücünü genişləndirməklə bağlı planlara yenidən baxmağa və növbəti ildə bu məqsədlər üçün investisiyaları 20-30 faiz azaltmağa məcbur edib, - "DailyComm www.dailycomm.ru" yazır.





02/11/13    Çap et