Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows 8.x” əməliyyat sisteminin bazar payı 10%-ə çatıb
“Net Marketshare” sirkətinin 2013-cü ilin oktyabr ayına olan məlumata görə, “Windows 8” və “Windows 8.1” əməliyyat sistemlərinin (ƏS) ümumi payı 9,25% (müvafiq olaraq 7,53% və 1,72%) olub. Populyarlığına görə “Windows 7” ƏS liderdir, onun masaüstü kompüterlər bazarında payı 46,42% təşkil edir. İkinci yerdə 31,24% bazar payına malik “Windows XP” qərarlaşıb.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Linux” ƏS-nin payı “Windows 8.1” ilə müqayisədə 0.1% azdır və “Net Marketshare” şirkətinin versiyasına görə, sözügedən sistem populyar əməliyyat sistemlərinin siyahısında yeddinci yerdə qərarlaşıb.
Oktyabr ayının nəticəsinə görə, “Windows” ƏS-nin ümumi payı 90,66%, “Mac OS X” platformasında 7,73%, “Linux”da isə 1,61% təşkil edib.
Emil Hüseynov
04/11/13 Çap et