Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?
Azərbaycan internet xidmətləri bazarında dövlət provayderi "Aztelekom"un payı artmaqda davam edir.
"Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı 1% azalaraq 21,6 % təşkil edib, lakin buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
Hesabat dövründə ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Aztelekom", "Uninet" və "Azeronline" şirkətləri kəskin rəqabəti ötən ay da davam ediblər.
Son bir ay ərzində "Aztelekom"un bazar payı cüzi çoxalaraq 16,5 % təşkil edib, "Uninet"in payı 12,6% təşkil edib, "Azeronline"nın payı artaraq 9,8%, "Dataplus" şirkətinin bazar payı 6,3%, "Connect" şirkətinin bazar payı ötən ay olduğu kimi 6,17% təşkil edib.
Onların ardınca 4,9% bazar payı ilə "Azqtel", 2,8% –"Adanet", 2,7% - "Azstarnet", 2,6% –"Ultel", 2,5% - "Castel" 1,8% - Smart, 1,6% - "Avirtel", 1,5% - "Azeurotel", qərarlaşıb. Digər provayderlər bazarda çox kiçik 0,01–1,21% ətrafında paya malikdirlər.
Qeyd edək ki, ötən ilin sonundan etibarən "Orbit.az", "Q-telecom", "Meqatelecom", "Globalnet", "Eurotelecom" kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
04/11/13 Çap et