Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Amerikada “Firefox OS” sistemli smartfonların satışına başlanıb



“Telefonica” şirkəti Meksika, Peru və Uruqvay bazarında “Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satış həcminin artmasını açıqlayıb. Belə ki, Meksikanın pərakəndə satış bazarına “ZTE Open” və “Alcatel One Touch Fire”, Peruda “ZTE Open”, Uruqvayda “One Touch Fire” smartfonları satışa çıxarılıb. Bundan başqa, şirkət bu yaxınlarda Braziliyada da “Firefox OS” sistemli "LG Fireweb” modelini satışa çıxarıb.

Bununla da “Firefox OS” sistemindən getdikcə daha çox ölkələrdə istifadə olunur. Hazırda söhbət artıq 9 ölkədən gedir, yaxın vaxtlarda isə bu sistemli qurğuların digər ölkələrin bazarlarına çıxarılacağı gözlənilir. Bununla yanaşı, “Firefox Marketplace” mağazasında əlavələrin sayı genişlənir. Onların sırasında “Facebook”, “Twitter”, “Badoo”, “Box”, “KAYAK”, “SoundCloud”, “The Weather Channel”, “TimeOut”, “TMZ”, “Tuenti” əlavələri yer alıb.

Yeni “Firefox OS” sistemli qurğular bazara məhsuldarlığı artırılan və “MMS” mübadiləsini dəstəkləyən “Firefox OS 1.1” platformasının son versiyasının quraşdırılması ilə çıxır. Sistemin hazırkı istifadəçiləri yaxın vaxtlarda əlavələrin yenilənmiş versiyalarını əldə edə biləcəklər, - “IT Expert www.itexpert.org.ua” yazır.    
 
 




04/11/13    Çap et