Amerikada texnologiya insanları çətin vəziyyətdən xilas edəcək
ABŞ Telekommunikasiya federal komissiyasının rəhbəri Culius Qenaçovski avqust ayının 9-da ABŞ Konqresində çıxış edərək bildirib ki, onun şöbəsi Amerika təcili xidmətləri ilə əməkdaşlıq edir və birlikdə məşhur 911 təcili kömək xidmətində fövqəladə vəziyyətlərə düşmüş insanlarla kommunikasiyanın yeni üsulunu reallaşdırmaq üzərində işləyirlər. Qenaçovski “Next Generation 911” sisteminin genişlənməsi üzrə ilkin 5 pilləli plan təqdim edib.
Onun sözlərinə görə, “911” xidmətindəki yeniliklər vətəndaşlara son texnologiya yeniliklərindən istifadə etməyə imkan yaradacaq. Xilasetmə xidmətinin əsas yenilikləri arasında o, mobil operatorlardan SMS vasitəsilə təcili dəstək, həmçinin mobil telefonlardan şəkil və video dəstəyi olacağını bildirib. Bundan başqa, sistemdə zəng edən insanın yerini avtomatik təyin edən texnologiya olacaq. Qenaçovski bildirib ki, “911” xilasetmə xidmətinin bütün yenilikləri insanlara çətin vəziyyətdə mümkün qədər tez kömək etmək üçün nəzərdə tutulub. Məmurun sözlərinə görə, təcrübə göstərib ki, başına bədbəxt hadisə gələn insanın heç də həmişə zəng etmək imkanı olmur, lakin mobil telefondan foto və ya sadəcə göstərilən nömrəyə mesaj göndərmək əhəmiyyətli dərəcədə sadə və sürətlidir.
cybersecurity.ru