Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Televiziya və Radio Şurası daha üç şirkətin lisenziyasını uzatdı


Milli Televiziya və Radio Şurasının bu gün növbəti iclası keçirilib.
Şuradan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iclasda “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
 
Milli Televiziya və Radio Şurasının qərarına əsasən  “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.
 
Aynur  Vəliyeva
 
 
 




04/11/13    Çap et