Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komissiyası namizədlərin onlayn qeydiyyatı ilə bağlı yenilik edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2013-cü il 4, 25 oktyabr və 5 noyabr tarixlərində elan edilmiş müsabiqələrdə qeydiyyatdan keçmiş namizədlərin iddia etdikləri vəzifələri dəyişməklə bağlı müraciətlərini nəzərə alıb.
Komissiyadan verilən məlumata görə, bununla əlaqədar olaraq namizədlərin onlayn qeydiyyatı ilə bağlı yenilik tətbiq edilib. Belə ki, namizədlər e-qəbul sistemində namizədin paneli hissəsinə daxil olaraq vəzifəni onlayn formada dəyişdirə biləcəklər.
CAHANGİR
05/11/13 Çap et