Yaponiyada nəhəng günəş elektrik stansiyasının inşası başa çatıb
Yaponiyanın Kaqosima prefekturasının inzibati mərkəzində nəhəng günəş elektrik stansiyasının tikintisi başa çatıb. Bu barədə layihə müəllifi “Kyocera” şirkətinin məlumatında deyilir.
Dəyəri 27 milyard yen (275 milyon dollar) təşkil edən stansiya 1,27 milyon kvadratmetr ərazidə yerləşir. Burada 290 min günəş paneli quraşdırılıb. Bu məqsədlə buxtada süni ada salınıb. Müəssisə ildə 78,8 meqavat enerji istehsal etmək gücünə malikdir. Bu, 22 min evi elektrik enerjisi ilə təmin etməyə kifayət edir. Yeni elektrik stansiyası "Kagoshima Mega Solar Power Corp.” korporasiyasının idarəetməsi altında fəaliyyət göstərəcək.
“Fukisima-1” atom elektrik stansiyasında qəzadan sonra Yaponiyanın siyasi xadimləri və ekspertlər alternativ enerji mənbələrinin inkişafını məqsədəuyğun sayır. Bununla əlaqədar ölkədə bərpa olunan təbii resurslar – külək enerjisi, günəş, dəniz dalğaları sayəsində fəaliyyət göstərən stansiyaların sayı artır, - “İTAR-TASS
www.itar-tass.com” yazır.