Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“B&B TV” şirkəti “Azerfon” şirkətinin “MobilTV” kontentini genişləndirib
Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti "Azerfon" şirkəti ilə birgə layihə həyata keçirir.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq bir neçə aydır ki, "B&B TV" şirkəti "Azerfon" şirkətinin " MobilTV" xidməti çərçivəsində xarici telekanalların retranslyasiyasının təmin edilməsi ilə bağlı layihəni həyata keçirib.
"Hazırda bu sistem test rejimində işləyir. Layihə çərçivəsində biz "Azerfon" şirkətinin abunəçilərinə yerli kanallarla yanaşı, daha 6 xarici kanalın retranslyasiyasını təmin etmişik. Əsasən bu, idman və xəbər kanallarıdır, çünki mobil qurğular vasitəsilə insanlar adətən filmlərə baxmırlar, onlar müxtəlif idman yarışmalarına baxmağı çatdırmayanda və ya xəbərləri izləmək istədikdə "MobilT V" xidmətinə müraciət edirlər",- deyə şirkətdən bildiriblər.
Gələcəkdə bu xidmətə tələbat olduğu təqdirdə retranslyasiya edilən kanalların sayının artırılması istisna edilmir.
Qeyd edək ki, şirkət "MobilTV" xidməti çərçivəsində retranslyasiya edilən xarici telekanalların sayını artırmaqla bağlı eyni zamanda "Bakcell" şirkəti ilə də danışıqlar aparıb, lakin hələ ki, konkret layihənin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməyib.
Aynur Vəliyeva
05/11/13 Çap et