Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” Avropanı fəth edir


“Kantar Worldpanel ComTech” analitik şirkətinin 2013-cü ilin iyul-sentyabr aylarına olan hesabatına əsasən, “Windows Phone” mobil əməliyyat sistemi Avropa ölkələrində mövqeyini gücləndirib. “Microsoft”un platforması İtaliyada “iOS” platformasını ötməyə müvəffəq olub.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bundan başqa, Avropanın beş böyük bazarında (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya) satılmış hər onuncu smartfon “WP” platforması ilə işləyir. Analitiklərin sözlərinə görə, “Windows Phone” mobil əməliyyat sisteminin uğur qazanması “Nokia” məhsullarının satış həcminin yaxşı olması ilə bağlıdır. Bundan başqa, inkişaf etməkdə olan ölkələrdə, xüsusən Latın Amerikası ölkələrində Finlandiya şirkətinin qurğularına tələbat artmaqdadır.


Emil Hüseynov
 
 




05/11/13    Çap et