Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti Finlandiyada yerləşən Data mərkəzinə 607 milyon dollar dəyərində sərmayə yatıracaq



“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Google” şirkəti Finlandiyada yerləşən Data mərkəzinə 607 milyon dollar dəyərində əlavə sərmayə yatıracaq. Bu məbləğ Finlandiya iqtisadiyyatı üçün mühüm investisiya olacaq. “Nokia”nın zərərləri, kağız və polad sənayesinin zəifləməsi fonunda sözügedən ölkənin iqtisadiyyatı tənəzzül mərhələsindədir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Finlandiya hökuməti, gələcəkdə belə yatırımları təşviq etmək üçün, hətta Data mərkəzlər üçün elektrik enerjisi üçün vergiləri azaltmaq niyyətində olduğunu deyib. Buna qədər “Google” artıq su dəyirmanının yerində tikilmiş Finlandiyada yerləşən Data mərkəzinə 350 milyon dəyərində sərmayə yatırıb.

Emil Hüseynov
 
 




06/11/13    Çap et