Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Los-Anceles sakinləri ödənişsiz internetlə təmin olunacaqlar
ABŞ-ın Los-Anceles şəhərinin rəhbərliyi bütün sakinləri və şirkətləri yüksəksürətli internetlə təmin etmək niyyətindədir. Ödəniş etmək istəməyənlər texniki imkanlardan asılı olaraq 2-5 Mbit/s sürətlə təmin olunacaqlar, ödənişli halda isə qiqabitlik kanallar əlçatan olacaq.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, layihə 3-5 milyard dollar dəyərində qiymətləndirilir, lakin bütün xərclər avadanlığın tədarükü və infrastrukturun inkişafı ilə bağlı tenderdə qalib gələcək şirkət tərəfindən ödəniləcək.
Təxmin edilir ki, ödənişsiz internet reklam hesabına mümkün olacaq.
Emil Hüseynov
06/11/13 Çap et