Braziliyanın dövlət orqanları öz kommunikasiya şəbəkəsini yaradır
Gələn ilin martından etibarən Braziliyanın dövlət orqanları arasında rabitə əlaqəsi müstəsna olaraq öz şəbəkəsi daxilində həyata keçiriləcək. Bu barədə ölkə prezidenti Dilma Russefin imzaladığı sərəncamda deyilir.
Sənədə əsasən, məlumatların ötürülməsi Federal Dövlət Xidmətinin təşkilat və idarələrinin telekommunikasiya şəbəkələri və informasiya xidmətləri ilə həyata keçirilməlidir. Qərar milli təhlükəsizliyin qorunmasının təmini məqsədilə qəbul olunub.
Sərəncamda o da qeyd olunur ki, 4 ay ərzində bütün dövlət xidməti orqanları Məlumatların Emalı Federal Xidməti (Serpro) tərəfindən hazırlanan elektron poçta keçməlidir. Hazırda Braziliyanın dövlət idarələrində ABŞ-ın “Microsoft” korporasiyası tərəfindən işlənib hazırlanan elektron poçtdan istifadə edilir, - "Digit
www.digit.ru” yazır.