Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Windows XP” istifadəçilərini yeni əməliyyat sisteminə keçməyə dəvət edib
2014-cü il aprelin 8-də “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sistemini (ƏS) dəstəkləməyi dayandıracaq və onun istifadəçiləri platformanın daha yeni versiyalarına keçməlidirlər.
Bununla belə, onlar şirkətin xəbərdarlığına əhəmiyyət vermirlər və istifadəçilərin 30%-dən çoxu bu ƏS-dən istifadəyə davam edir.
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, şirkətin nümayəndəsi Holli Styuart deyib ki, bu il “Microsoft XP” ƏS-də “sıfır” günü ilə bağlı 30 boşluğu aradan qaldırıb.
Bu, o deməkdir ki, şirkət lazımi addımları atmasaydı, ƏS-nə müdaxilə üçün kibercinayətkarların əlində 30 eksploit olardı.
Ekspert, həmçinin deyib ki, “Windows XP” ƏS-də köhnə texnologiyalar istifadə edildiyinə görə ona müdaxilə daha asandır və kibercinayətkarların əlində bütün lazımi alətlər var.
Emil Hüseynov
06/11/13 Çap et