Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın məlumatların vizuallaşdırılması sistemləri üzrə şirkəti Azərbaycanda layihələr həyata keçirmək niyyətindədir


Rusiyanın “Polymedia” şirkəti Azərbaycanın energetika, təhsil sahəsində və dövlət strukturlarında öz texnoloji həllərini tətbiq etməyi planlaşdırır.

Şirkətin baş direktoru Elena Novikovanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən,  “Polymedia”nın  digər İT şirkətlərindən fərqi ondan ibarətdir ki, o məlumatların vizualizasiya sahəsində kompleks həllər təqdim edir.

“Azərbaycanın İnformasiya Texnologiyaları bazarı inkişaf edir və Rusiyada  olduğu kimi  neft gəlirləri bu sahənin inkişafına yönəldilir. Bizim fəaliyyətimiz vizuallaşdırma, kommunikasiya, videokonfrans rabitəsi sistemlərinin, təlim otaqları, dövlət hakimiyyəti orqanlarının məlumat mərkəzlərinin, situasiya mərkəzlərinin yaradılması və təchiz edilməsindən ibarətdir. Azərbaycanda yaxın bir ildə biz energetika və dövlət sektorunda konfrans zallarının yaradılması ilə bağlı layihələr həyata keçirmək niyyətindəyik”,- deyə o bildirib.


E. Novikovanın sözlərinə əsasən, eyni zamanda Moskva Dövlət Universitetinin Bakı filialında və İnformasiya Texnologiyaları    Universitetində axın auditoriyalarının, multimedia siniflərinin, distant təhsili sistemlərinin təchiz edilməsi ilə bağlı həllərin tətbiqi nəzərdə tutulub.

“Bu il ərzində biz Avroolimpiada  layihələrlə iştirak etməyə ümid edirik. İlk layihələrimizdən biri “Bakcell” şirkətinin “Bakutel-2013” sərgi-konfransında stendinin məlumatların vizuallaşdırılması sistemlərinin tətbiqidir”,- deyə o qeyd edib.

Aynur Vəliyeva 




06/11/13    Çap et