Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada Azərbaycan haqqında internet səhifəsi yaradılıb


Yaponiyada Azərbaycan haqqında yapon dilində internet səhifəsi yaradılıb.
 
Bu barədə “ICTnews.az”-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN-dən bildirilib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi və Yaponiya “World Investments TV” təşkilatının birgə səyləri nəticəsində yapon dilində “Azerbaijan Business Club” adı altında Azərbaycana aid ətraflı "www.azerbaijan.vc" internet səhifəsi açılıb.
 
İnternet səhifəsində xüsusilə ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən layihələr və biznes imkanları barəsində müfəssəl məlumatlar öz əksini tapıb.
 
SEYMUR
 
 




06/11/13    Çap et