Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün "Rabitə dünyası" qəzetinin 21 “yaşı” tamam olur


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti 1992-ci il 7 noyabr tarixindən nəşr olunur. Artıq 21 ildir fəaliyyət göstərən nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib. Zaman keçdikcə qəzet mövzu, məzmun, stil və dizayn baxımından daha da  təkmilləşdirilərək ölkə mətbuatının ayrılmaz bir üzvünə çevrilib.

Qəzetin səhifələrində Azərbaycanda həyata keçirilən İKT siyasəti,  müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın İKT sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar, İT sənayesinin nüfuzlu şəxslərinin həyat və fəaliyyəti, sahə üzrə ixtisaslı kadrların hazırlanması ilə məşğul olan ali təhsil ocaqları, tarixdə əhəmiyyətli iz buraxmış texnoloji ixtiralar  və s. haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür.
 
Hazırda Azərbaycan dilində 36 səhifə və ingilis dilində 24 səhifədən ibarət olmaqla yüksək keyfiyyətli kağızda nəşr olunan "Rabitə dünyası"  qəzeti tam rəngli formada və nəfis tərtibatda işıq üzü görür. 
 
 
 
 




07/11/13    Çap et