Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması “hi-tech” bazarında ən sürətli inkişaf edən məhsuldur


Analitik Qorasiy Dedyu gəldiyi nəticəyə əsasən, “Android” əməliyyat sistemini “hi-tech” bazarda ən sürətli inkişaf edən məhsul hesab etmək olar. O, “Asymco” şirkətində işləyən həmkarları ilə birgə texnoloji layihələrin populyarlıq diaqramını tərtib edib.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər deyiblər ki, “Android” ƏS-nin çıxarılmasından 5 il sonra bu platforma ilə işləyən qurğu istifadəçilərinin sayı 1 milyardı ötüb. Müqayisə üçün, “iOS” cihazların auditoriyası 23 rübdən sonra 700 milyon olub. Başqa mobil ƏS bu göstəricilərdən uzaqdır.

Məsələn, “Symbian” platforması ilə işləyən smartfon istifadəçilərinin ümumi sayı sözügedən sistemin çıxarılmasından 11 il sonra 450 milyon olub.

Emil Hüseynov
 
 
 




07/11/13    Çap et