Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranda “Facebook”və “Twitter” şəbəkələrinə icazə verilə bilər
Iran vətəndaşları "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqlar xidməti daxil olmaqla yaxın gələcəkdə 2009-cu ildən ölkə ərazisində bloklanmış bir sıra məşhur internet resurslarına giriş əldə edə bilərlər.
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, İranın mədəniyyət naziri Əli Canatti bu yaxınlarda bəyan edib ki, hər kəs "Facebook" və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır.
Xatırladaq ki, "Facebook" kimi sosial internet-resurslar İranda ona görə bloklanıb ki, radikal yönümlü şəxslər qiyam, qarışıqlıq və s. təşkili üçün ondan istifadə edə bilməsinlər.
Emil Hüseynov
07/11/13 Çap et