2015-ci ilədək “Samsung” elastik displey buraxacaq
2015-ci ilədək Cənubi Koreyanın “Samsung Electronics” şirkəti elastik displey istehsalına başlamağı düşünür. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Heyn Seulda keçirilən istehsalçının orta və uzunmüddətli planlarına həsr olunan təqdimatda bildirib.
Onun sözlərinə görə, şirkətə mobil rabitə sahəsində bəzi texnologiyaları tamamlaması üçün 2 il vaxt lazım olacaq.
Vitse-prezident həmçinin şirkətin bazarda köklü dəyişikliklərə səbəb ola biləcək ən yeni texnologiyalara təchiz olunan qurğular təqdim etməyi planlaşdırdığını qeyd edərək informasiya texnologiyaları sahəsinin həndəsi tərəqqidə inkişaf potensialına malik olduğunu əlavə edib.
“Samsung Electronics” yaxın 10 il ərzində tibbi avadanlıq istehsalçısı sahəsində lider olmağı qarşısına məqsəd qoyaraq bunun üçün informasiya-kommunikasiya texnologiyalarını tətbiq edəcək”, - deyə o bildirib.
Kvon O Heyn həmçinin şirkət rəhbərliyinin 2020-ci ilədək illik satış həcminin 400 milyard dollaradək artırılması ilə bağlı planlarının olduğunu vurğulayıb,- “İTAR-TASS
www.itar-tass.com” yazır.