Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belçika hakimiyyəti baş nazirin kompüterinə edilmiş kiberhücumu araşdırır


Belçika hökumətinin nümayəndələri deyiblər ki, ölkənin baş naziri Elio Di Ruponun kompüterində aşkar edilmiş casus proqram təminatı ilə bağlı araşdırmaya başlayıb. Sözügedən zərərli proqram təminatı baş nazirin fəaliyyətini izləməklə məşğul olub.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Belçika Federal Prokurorluğu bəyan edib ki, o, həmçinin bu yaxınlarda hökumət şəbəkəsinə edilmiş hücumu araşdırır. Prokurorluqdan bildirilib ki, sözügedən proqram təminatı məlumatları toplayaraq onları saxta serverə ötürüb, bundan sonra məlumatlar son qəbul edənlərə ötürülüb.

Belçika Prokurorluğunun mətbuat katibi Venke Roqqen deyib ki, hazırda istintaq zərərli proqram təminatının mənşəyini araşdırır və hələ ki bu məsələyə münasibət bildirmək istəmir.

Emil Hüseynov
 
 




07/11/13    Çap et