Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Android” platformasından illik 2 milyard dollar qazanır
“Microsoft” korporasiyasının “Windows Phone” mobil əməliyyat sisteminin inkişafına milyon dollarlarla sərmayə yatırmasına baxmayaraq, Amerika korporasiyası “Android” platformasından daha çox gəlir qazanır. Məsələ ondadır ki, sözügedən platformada proqram nəhənginin texnologiya və həllərindən istifadə olunur. Nəticədə mobil texnika istehsalçıları patentlənmiş ideyalardan istifadəyə görə lisenziya ödənişi etməyə məcburdurlar.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Nomura Securities” şirkətinin analitiki Rik Şerlandın hesablamasına əsasən, “Microsoft” bu fəaliyyətdən illik 2 milyard dollar qazanır. Bunun sayəsində şirkət hələ ki zərər gətirən mobil və oyun sahələrinə yatırılacaq böyük investisiyaları gizlədə bilər.
Qeyd etmək lazımdır ki, Rik Şerland “Microsoft” ilə bağlı məsələlərdə kifayət qədər nüfuzlu analitikdir. O, adı çəkilən şirkətlə 1986-cı ildən bəri sıx işləyir, buna görə də bazarda onun fikir və proqnozları mühüm sayılır.
Emil Hüseynov
07/11/13 Çap et