Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” "Bəyənirəm" və “Paylaşmaq” düymələrinin dizaynını yeniləyib


Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” şirkəti kənar saytlar üçün “Like” ("Bəyənirəm") və “Share” ("Paylaşmaq") düymələrinin dizaynını yeniləyib.

Xatırladaq ki, "Bəyənirəm" düyməsi “Facebook” tərəfindən 2010-cu ilin yazında istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, son məlumatlara görə, “Like” və “Share” düymələri 7,5 milyondan çox saytda quraşdırılıb. Yeni dizayn çərçivəsində düymələrin rəngi tünd olub, həmçinin ölçüləri bir qədər kiçildilib. Bundan başqa, “Facebook” hər iki düymənin bir-birinə yaxın yerləşdirilməsini sadələşdirib.

Xatırladaq ki, “Facebook”un aylıq auditoriyası 1,2 milyard istifadəçi təşkil edir.

Emil Hüseynov
 




07/11/13    Çap et