Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Softline” informasiya təhlükəsizliyi bölməsini inkişaf etdirir


"Softline"  şirkəti  2014-cü ildə informasiya təhlükəsizliyi  bölməsini inkişaf etdirmək niyyətindədir.
"Softline İnternational" şirkətinin Satış üzrə departamentinin rəhbəri Anar Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda "Softline" informasiya təhlükəsizliyi  üzrə yeni bölümünü inkişaf etdirməyə başlayıb.

"Hazırda deyə bilərik ki, istər dövlət sektorunda, istərsə də maliyyə və özəl sektorda kompleks məhsullara maraq var. Bu məhsullar böyük marağa səbəb olan penetreyşn testlərdən başlayaraq antivirusların tətbiqinədək olan məsələləri əhatə edirlər. Bütün şirkətlər serverlərin şəbəkələrinin tətbiqi ilə bağlı məhsullara maraq göstərir. Biz öz növbəmizdə hər bir şirkətə və quruma ona uyğun kompleks və ayrı-ayrı həllər təklif edərək onlara seçim imkanı veririk. Məlumat təhlükəsizliyi sahəsində bizim xüsusi layihəmiz var və bu layihə çərçivəsində müxtəlif sistemlər çeşidi təklif edirik",- deyə o bildirib.

A.Əliyevin sözlərinə əsasən, şirkət bu həlləri Milli Məclisdə, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi və  Səhiyyə nazirliklərində tətbiq etməyi planlaşdırır.

Aynur Vəliyeva
 




07/11/13    Çap et