Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı brendi


"Forbes" jurnalı "Apple" brendinin dəyərini 100 milyard dollar dəyərində qiymətləndirib. Jurnalın versiyasına görə, dünyanın ən bahalı brendlərinin siyahısı nəşrin saytında dərc edilib.

İkinci yerdə qərarlaşmış "Microsoft" korporasiyasının dəyəri jurnalistlər tərəfindən iki dəfə aşağı qiymətləndirilərək təxminən 57 milyard dollar olub. Üçüncü yerdə "Coca-Cola" şirkəti qərarlaşıb. Brendin dəyəri 55 milyard dollar dəyərində qiymətləndirilib.

"Apple" və "Microsoft" şirkətlərindən başqa ilk onluğa yüksək texnologiyalar sahəsinə məxsus daha dörd şirkət də daxil edilib. Məsələn,  dördüncü yerdə 51 milyard dollar dəyərində qiymətləndirilən "IBM" korporasiyası, beşinci yerdə isə "Google" (47 milyard) qərarlaşıb. Səkkizinci və doqquzuncu yerlərdə müvafiq olaraq "Intel" və "Samsung" şirkətləri qərarlaşıb.

Emil Hüseynov
 




08/11/13    Çap et