Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Macarıstana səfər edəcək


Macarıstanda informasiya texnologiyaları sahəsinə cavabdeh milli inkişaf naziri xanım Zuza Nemesin dəvəti ilə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  8-9 noyabr tarixlərində Budapeşt şəhərində səfərdə olacaq.
 
Səfər çərçivəsində cari ilin may ayında bu ölkədə qurulan Avropa İttifaqının (Aİ) elm, texnologiya, rabitə, kibertəhlükəsizlik və digər sahələrdə məlumat bazalarını özündə mərkəzləşdirən Data Mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq, eyni zamanda belə bir mərkəzin ölkəmizdə yaradılması məqsədilə aparılan danışıqların davam etdirilməsi nəzərdə tutulur.
 
Səfərdə həmçinin sözügedən ölkənin aparıcı İKT şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.




08/11/13    Çap et